15 C
Baku
Saturday, April 20, 2024

Prezident “Bank of Baku”nun səhmdarını təltif etdi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə fəxri adlara layiq görülənlər arasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin əməkdaşları da var.

Banker.az xəbər verir ki,“Əməkdar həkim” fəxri adına layiq görülənlərdən biri də tibb elmləri namizədi, həkim-qastroenteroloq İsayev Elçin Həmid oğludur. O, hazırda Nərimanov Tibb Mərkəzində çalışır.

E.İsayev 1952-ci ildə Gəncə şəhərində anadan olub. 1969-1975-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1975-ci ildən bu günə qədər Nərimanov Tibb Mərkəzində fəaliyyət göstərir. Mərkəzdə işlədiyi 47 ilin 28 ilini Qastroenteroloqiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycanda və xaricdə çap olunan 80-dən çox elmi məqalənin müəllifidir.

Onu da qeyd edək ki, “Bank of Baku”nun səhmlərinin 5%-i Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər