25 C
Baku
Monday, April 29, 2024

Prezident Bosniya və Herseqovinaya səfər edəcək

Aprelin 13-də Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya səfər edəcək. Bu barədə FENA agentliyi yazır.

“Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfər edəcək”, – nəşr çərşənbə axşamı qeyd edib.

Səfər zamanı Azərbaycanın dövlət başçısının Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri ilə görüşləri planlaşdırılır.

Agentlik yazır ki, tərəflər iqtisadi əməkdaşlığı müzakirə edəcəklər, enerji sahəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət ayıracaqlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər