3 C
Baku
Saturday, December 14, 2024

Prezident bu şəxslərin maaşlarını 2 000 manata qaldırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, Sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat (bundan öncə 1 200 man.), müxbir üzvlərinin aylıq rütbə maaşları isə 1 200 manat (bundan öncə 850 man.) məbləğində müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər