“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu Azərbaycan Prezidenti İlham Əliyev təsdiqləyib.
Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.2-ci maddəsinə “icmal büdcə xərclərinin” sözlərindən sonra “növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin” sözləri əlavə edilsin.