13 C
Baku
Friday, April 26, 2024

Prezident deputatların statuslarına dair dəyişikliyi təsdiqlədi

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu Azərbaycan Prezidenti təsdiqləyib.

Qanunda deyilir,

1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.”.

2. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.0.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda;”;

2.2. 6.0.1-ci maddə ləğv edilsin;

2.3. 7.2-ci maddənin ikinci cümləsində “uzadıla bilər” sözləri “uzadılır” sözü ilə əvəz edilsin;

2.4. 8.1-ci maddənin birinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

2.5. 8.2-ci maddənin birinci cümləsində “apara bilər” sözləri “aparır” sözü ilə əvəz edilsin;

2.6. 8.3-cü və 8.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.

8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.”;

2.7. 8.5-ci maddəyə “15” rəqəmlərindən əvvəl “müvafiq bələdiyyəyə müraciət etdiyi gündən” sözləri əlavə edilsin;

2.8. 8.6-cı maddənin birinci cümləsindən “ağır” sözü çıxarılsın və həmin cümləyə “edilməsini” sözündən sonra “(dəyişdirilməsini)” sözü əlavə edilsin;

2.9. 8.7-ci maddəyə “cinayət” sözündən sonra “əlamətlərini” sözü əlavə edilsin və həmin maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

2.10. 9-cu maddənin ikinci cümləsində “qanunvericilik aktlarına dəyişikliklər və əlavələr” sözləri “qanunlarda dəyişikliklərin” sözləri ilə əvəz edilsin;

2.11. 10.1-ci maddədə “apara və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edə bilər” sözləri “aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir” sözləri ilə əvəz edilsin;

2.12. 11-ci maddədə ikinci halda “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;

2.13. 12-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “qanuna” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.-

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər