15 C
Baku
Saturday, April 20, 2024

Dövlət bankları ilə bağlı fərmana dəyişiklik edildi, nazirliyin səlahiyyəti azaldıldı

Maliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Prezidentin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün fərman imzalayıb.

Fərmana görə, “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndindən “və Audit Komitəsinin (Təftiş Komissiyasının)” sözləri çıxarılsın.

Qeyd edək ki, bu hissə, Maliyə Nazirliynin səlahiyyəti çərçivəsində olan hissədəki bənddir. Bu bənddə bundan öncəki fərmanda qeyd edilirdi: 1.1.1 – kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

Son xəbərlər
Digər xəbərlər