11 C
Baku
Wednesday, December 11, 2024

Prezident İlham Əliyev bir neçə rəhbərlərlə görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb.

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.

Banker.az bu barədə Prezidentin rəsmi saytına istinad edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə görüşüb.

 Eyni zamanda fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşü olub.

 Prezident İlham Əliyev bu gün  Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.

 

Son xəbərlər
Digər xəbərlər