Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin geniş tərkibdə görüşü olub

Prezidenti İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Banker.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşıladı.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə report verdi.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

photo 2026 07 21 15 39 53 3 photo 2026 07 21 15 39 53 2 photo 2026 07 21 15 39 53 photo 2026 07 21 15 39 52 5 photo 2026 07 21 15 39 52 4 photo 2026 07 21 15 39 52 3 photo 2026 07 21 15 39 52 2 photo 2026 07 21 15 39 52 photo 2026 07 21 15 39 50

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər