10 C
Baku
Friday, December 13, 2024

Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırdı: bu işə də nəzarət edəcəklər

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında qeyd edilib.

3.0.63-1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə idarəedici subyektlərin riayət etmələrinə nəzarəti həyata keçirmək, həmçinin çoxmənzilli binanın idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri (sakinlər) ilə müqavilələr bağlanılmasını tələb etmək, müvafiq qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması üçün mənzil münasibətlərinin iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə bu yarımbənddə qeyd edilən məsələlərə dair daxil olmuş müraciətlər üzrə zəruri tədbirlər görmək” – deyə  “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə“yə əlavə olunmuş yarımbəndə deyilir.

 

Son xəbərlər
Digər xəbərlər