6 C
Baku
Saturday, December 14, 2024

Prezident: Kapital bazarı çöküb, 2-3 milyard dollar itirmişik”

– Gəlin, mövzumuzu iqtisadiyyata yönəldək. Düşünürəm ki, bu gün Azərbaycan enerjidən çox gəlir əldə edir. Ancaq Siz qeyd etmisiniz ki, iqtisadiyyatın şaxələndirilməsi ölkəniz üçün başlıca prioritetdir. Bu proses necə gedir? Belə görünür ki, bu proses Sizin təsəvvür etdiyiniz kimi getmir?

Banker az xəbər verir ki, Buna Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində cavab olaraq bildirib ki, “Gəlirlərlə bağlı demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb. Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir.

Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik”.

 

Son xəbərlər
Digər xəbərlər