Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Maliyyə Sabitliyi Şurasının rəhbəri təyin olunub. Bu barədə Banker.az Prezidentin fərmanına istinad edir.
Qeyd edək ki, Natiq Əmirovun rəhbər təyin edildiyi Şura maliyyə böhranı və manatın devalvasiyası dövründə yaradılmış və ilk başçısı keçmiş baş nazir Artur Rasizadə olmuşdu.
Şuraya həmçinin prezidentin və birinci vitse-prezidentin köməkçiləri, maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankın sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri və Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru daxil ediliblər.