7 C
Baku
Sunday, December 15, 2024

Prezident Ofisi: “Qarşıdakı 2 həftədə müharibənin taleyini həll edəcək şiddətli döyüşlər olacaq”

“Qarşıdakı 2 həftədə Donbassda müharibənin taleyini həll edəcək şiddətli döyüşlər baş verəcək”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

“Rusiya Silahlı Qüvvələri Zaporojye və Xerson istiqamətində səylərini gücləndiriblər. Onlar 6 istiqamətdə uduzduqlarına görə indi əsas istiqamətləri Donbassdır. Rusiya qoşunlarının hücum üçün gücləri yoxdur. İtkiləri kompensasiya etmək üçün gizli səfərbərlik etmək cəhdləri uğursuzluğa düçar oldu. Ona görə onlarda hələ də texnika və şəxsi heyət çatışmazlığı var”, – o vurğulayıb.

A.Arestoviç söyləyib ki, Rusiya ordusu ciddi itkilər verib: “Onların 120 taborundan 20-yə yaxını tamamilə məhv edilib. 40-a yaxın isə döyüşə qismən hazırdır. Bu, o deməkdir ki, Rusiya ordusu 60 faizədək itki verib”.

 

 

Son xəbərlər
Digər xəbərlər