10 C
Baku
Friday, December 13, 2024

Prezident ölkədə yeni idarəetmə modelinin tətbiqi ilə bağlı mesaj verib

Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən yeni idarəetmə üsulu – Prezidentin xüsusi nümayəndəsi ölkənin digər hissələrində də tətbiq edilməlidir.

Banker.az xəbər verir ki, bunu ölkə başçısı Prezidentin Laçın rayonunda yeni təyin edilən xüsusi nümayəndəsi Məsim Məmmədovla görüşdə bildirib.

“Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir”-deyə, Prezident Əliyev bildirir.

“Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.

Son xəbərlər
Digər xəbərlər