Prezident İlham Əliyev “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Ağdaş və Göyçay rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını təqdim edirik:
Sıra №-si | Ərazi vahidləri |
Ağdaş rayonu | |
1. | Ağcaqovaq kəndi |
2. | Aşağı Qobuüstü kəndi |
3. | Eymur kəndi |
4. | Ərəbşəki kəndi |
5. | Hacılar kəndi |
6. | Qobuüstü kəndi |
7. | Malay kəndi |
8. | Mürsəl kəndi |
9. | Şıxlı kəndi |
10. | Yenikənd kəndi |
11. | Yuxarı Nemətabad kəndi |
Göyçay rayonu | |
1. | Yenikənd kəndi |