Azərbaycan Respublikasının Prezidenti “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (birinci halda), 7.14-cü (ikinci halda), 9.1-ci, 13.5-ci (ikinci halda), 13.9-cu, 13.10-cu (ikinci halda), 13.12-ci, 14.9-cu, 15.1-ci, 16.1-ci maddələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar (qurumlar) müəyyən edildikdən sonra üç ay müddətində:
1.4.1. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrinə uyğun olaraq, texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.2. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin formasını, hazırlanması və təqdim edilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.3. həmin Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.4. həmin Qanunun 13.11-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.4.5. həmin Qanunun 13.14-cü maddəsinə uyğun olaraq, uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.6. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.4.7. həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, məlumat mərkəzinin yaradılması və fəaliyyət qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə bununla bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;