-1 C
Baku
Sunday, December 15, 2024

Prezident Vahid Əhmədova “Şöhrət” ordeni verdi

V.Q. Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 aprel 2017-ci il tarixdə Sərəncam imzalayıb. Bu barədə Banker.az Prezidentin saytına istionadən xəbər verir.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vahid Qazməmməd oğlu Əhmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, V. Əhmədov 7 dekabr 2010-cu ildə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir.


XATIRLATMA: Şöhrət ordeni kimə verilir?

1. Azərbaycan Respublikasının “Şöhrət” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  1. iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;
  2. sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
  3. sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;

elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.

2. “Şöhrət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Şərəf” ordenindən sonra taxılır.

200
Ordenin təsviri
Son xəbərlər
Digər xəbərlər