13 C
Baku
Friday, March 29, 2024

Prezident Xalid Əhədovu ASK-də Müşahidə Şurasına üzv təyin etdi

Azərbaycan Prezidentinin sərəncamına əsasən Xalid Əhədov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin edilib.

Banker.az bu barədə Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Bildirək ki, Xalid Əhədov həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisidir.

Haqqında

Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Madriddə MBA təhsili alıb.

1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub.

Professional fəaliyyəti:

1999-cu ilin mart ayı – «Bank of Baku» – komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri;

2005-ci il – Bank of Baku – idarə heyəti sədrinin müavini;

2012-ci il – Unibank – İcraedici komitənin üzvü;

2015 il – Unibank – İcraçı direktor;

12.07.2016 – “Bank Standard” – Baş direktor;

2.12.2016 – “Azər Türk Bank” – İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı;

10.01.2017 – “Beynəlxalq Bank” – İdarə Heyətinin sədri;

14.03.2018 – “Beynəlxalq Bank” – Müşahidə Şurasının üzvü.

Qeyd olunan vəzifələrlə yanaşı, o, “Atəşgah sığorta”nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrinidə icra edib.

Son xəbərlər
Digər xəbərlər