-1 C
Baku
Sunday, December 15, 2024

Prezident Yaqub Eyyubovun oğlunu bu vəzifədən geri çağırdı

Azərbaycan Prezidenti İlham Əliyev Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə Banker.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.

“Emin Yaqub oğlu Eyyubov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılsın. – deyə sərəncamda qeyd edilir.

Emin Eyyubov Belcika 090709
Emin Yaqubov

Qeyd edək ki, E. Eyyubov Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun oğludur. Azərbaycan Prezidenti onu bu vəzifəyə 2012-ci ildə təyin etmişdi.

Onun yerinə isı, Prezident İlham Əliyev Fəxrəddin İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilsin.

Son xəbərlər
Digər xəbərlər