10 C
Baku
Friday, December 13, 2024

Prezident yararsız liftlərlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 5 fevral tarixli sərəncamına əsasən, Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40 milyon manatı sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.

Həmin 237 çoxmənzilli binada 751 istismara yararsız lift olub.

Dəyişikliyə əsasən, ayrılan vəsait hesabına 237 deyil, 266 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək. 266 çoxmənzilli binada 798 istismara yararsız lift var.

Sərəncam çərçivəsində ayrılan 31 milyon 956,20 manat hesabına Bakı şəhəri üzrə binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək çoxmənzilli binaların sayı da 146-dan (542 istismara yararsız lift) 170-ə (581 istismara yararsız lift) qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər