27 C
Baku
Saturday, July 27, 2024

Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

 

Sonra dövlət başçısı səfirlə söhbət etdi.

Səfir, ilk növbədə, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.

Azərbaycan ilə İordaniyanın dost və qardaş, zəngin tarixə malik ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu dedi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd etdi.

Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Ömər Bərəkət əl-Nahar paytaxtımızda gedən böyük inkişaf proseslərinin və insanların firavanlığının onda dərin təəssürat hissi yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

651e6844763e0651e6844763e11696491588651e6844763de651e6844763df

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlət başçısı səfirlə söhbət etdi.

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri ilə arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı bütün dövrlərdə – həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd etdi.

İqtisadi əməkdaşlığa toxunan dövlət başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğuladı. Dövlətimizin başçısı bütün digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu dedi.

Səfir İssam bin Saleh əl-Cuteyli, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İki Müqəddəs Ocağın Xadiminə və Vəliəhdə çatdırmağı xahiş etdi.

Ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyən İssam bin Saleh əl-Cuteyli Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirdi.

651e6b41138ac651e6b41138ad1696492352651e6b41138aa651e6b41138ab

Son xəbərlər
Digər xəbərlər