22 C
Baku
Monday, May 20, 2024

Prezidentdən 9,4 mln manatlıq yol tikintisi sərəncamı

Azərbaycan Respublikası Prezidenti Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Banker.az bildirir ki, bu barədə Prezidentin rəsmi səhifəsində qeyd edilir.

“Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon (doqquz milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.” – deyə Prezidentin sərəncamında deyilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər