25 C
Baku
Friday, April 19, 2024

Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovu təltif edib.

Bu barədə Banker.az-a Prezidentin rəsmi internet səhifəsindən məlumat daxil olub.

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin” — deyə sərəncamda deyilir.

Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində anadan olmuşdur. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini,1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Qarabağ müharibəsi veteranıdır.

1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994-1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995-2005-ci illər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə YAP-ın vahid seçki siyahısında 3-cü yerdə deputat seçilmişdir.2005, 2010, 2015-ci illərdə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib. O, uzun müddət Milli Məclisin İntizam Komissiyasının sədri işləmiş, hal-hazırda isə Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədridir.

Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictima-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli “Vətənə Xidmət Ordeni” lə təltif olunub.

Azərbaycan, rus və ingilis dillərin bilir. Ailəlidir. İki övladı vardır.

Son xəbərlər
Digər xəbərlər