Prezidentin köməkçisi: “Karantin rejimi nəticə verəcək”

“Karantin rejiminin mahiyyəti insanlar arasında təmasların minimuma endirilməsidir. Bu da öz nəticəsini verəcək”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təcrübədən yararlanır və öz qərarlarını qəbul edir:

“Bu məsələdə vətəndaşlar və dövlətimiz arasında həmrəyliyin olması da çox vacibdir”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları