22 C
Baku
Monday, May 20, 2024

Prezidentin Naxçıvandakı nümayəndəsi: “Planlarımız var, müxtəlif komissiyalar yaradılıb”

“Naxçıvan iqtisadiyyatı ilə bağlı planlarımız var, müxtəlif komissiyalar yaradılıb”.

Bunu Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.

“Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək əsas məqsədlərimizdəndir. Növbəti mərhələlərdə makroiqtisadi göstəricilərə fokuslanacağıq. Hazırda bu məsələ ilə bağlı planlarımız var və müxtəlif komissiyalar yaradılıb. Həmin komissiyalar aktiv şəkildə işləyir. Düşünürəm ki, onların fəaliyyətinin nəticələrini görəcəyik”, – o vurğulayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər