6 C
Baku
Sunday, December 15, 2024

Prezidentin yüksək vəzifə verdiyi Məmməd Abbasbəyli kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.

M.Abbasbəylinin dosyesini təqdim edirik.

Yeni xidmət rəisi 1975-ci ildə Gəncə şəhərində anadan olub.

Xəzər Universitetinin Beynəlxalq əlaqələr fakültəsində bakalavr dərəcəsi və  Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.

1999-ci ildə ABŞ-ın Perdyu Universitetində və 2000-ci ildə ABŞ-nın Corc Vaşinqton Universitetinin hüquq fakültəsinin hüquq üzrə magistri dərəcələri alıb.

2000-ci ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvüdür.

Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-nın Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, daha sonra 2003-cü ilədək firmanın Bakı ofisində işini davam etdirib.

2004-cü ildən “Azpetrol International Holdings B.V.”də, “EUPEC Pipe-Coatings LLC” və “BP Group kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində çalışıb.

2016-ci ildə Azərbaycan Alpinizm Federasiyasının prezidenti olub.

2019-cu ildə İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü və  Apellyasiya Şurasının üzvü olub.

Evlidir, 3 övladı var.

Qeyd edək ki, M.Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır.

Son xəbərlər
Digər xəbərlər