3 C
Baku
Saturday, December 14, 2024

Gömrükdə Gürcüstandan gələn avtomobillərə görə tələb olunan depoziti ləğv edilir

“Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan depozitin aradan qaldırılması istiqamətində müzakirələr aparılır”.

Banker.azın APA-ya istinadla verdiyi məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb.
“Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq”, – deyə A. Əliyev bildirib.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana müvəqqəti gətirilən nəqliyyat vasitələrinə görə gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmalıdır.
Son xəbərlər
Digər xəbərlər