8 C
Baku
Friday, December 13, 2024

“Pribaltika” MMC-yə məxsus 1 tondan artıq ət və süd məhsulu məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilmiş məhsulların siyahısını təqdim edib.

Banker.az AQTA-ya istinadən həmin siyahını təqdim edir:

  • “Ulu Gida Group” MMC-yə məxsus ümumi çəkisi 52 kq “Aly Yufka” əmtəə nişanlı xəmir məhsulu və 40.2 kq mayonez və ənginar məhsulu;
  • “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 580 kq dəniz məhsulu və alkoqolsuz içkilər;
  • “Pribaltika” MMC-yə məxsus ümumi çəkisi 1360 kq ət və süd məhsulları;
  • “Merano-Baku” MMC-yə məxsus ümumi çəkisi 3630 kq müxtəlif növ qida məhsulları.
Son xəbərlər
Digər xəbərlər