“Pro Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) məhkəməyə verilib.
İddiaçılar fiziki şəxslər – Rahib Fərzi oğlu Fərziyev və Gülbadə Alı qızı Qədiməliyevadır.
Onlar BOKT-la bağlanmış müqavilənin etibarsız hesab edilməsini istəyirlər. İş artıq I instansiya məhkəməsindən keçib və hazırda iddiaya Bakı Apelyasiya Məhkəməsində baxılır. Məhkəmənin baxış iclası aprelin 19-na təyin olunub. Hakim Məmməd Məmmədovdur.
©Renkinq