-1 C
Baku
Sunday, December 15, 2024

Problem yoxdur, lakin vətəndaşlar nağdı üstün tutur

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair press-konfransında bildirib ki, ölkədə nağdsız ödənişlərlə bağlı problem olmasa da, vətəndaşlar nağd ödənişi üstün tutmaqdadır.

Elman Rüstəmovun çirkli pulların yuyulmasına qarşı Azərbaycanda sərt mübarizənin getdiyini deyib.

“Ölkə prezidentinin iradəsi ilə çirkli pullarla aparılan mübarizə bankları ehtiyatlı olmağa sövq edir. Əldə olunan nəticələr hələ ki, Mərkəzi Bankı qane etmir”- deyə, baş bankir deyir.

AMB sədri bizim görməli olduğumuz işlər çoxdur” deyib.

Bir faktı da qeyd etməliyik ki, Azərbaycanda son bir ayda nağd pulun ATM və POS terminallardan çıxarılması azalıb, nağdsız ödənişlər artıb.

Azərbaycan Mərkəzi Bankın 2021-ci ilin iyun ayı üzrə açıqladığı statistik açıqlamasına görə, ATM nağd pulun çıxarılması 1 milyard 859 milyon manat olmuşdur. Bu isə öncəki ayla müqayisədə 21 mln. manat azalma deməkdir. Nağd pulun POS terminallarla çıxarılmasının həcmi isə 80 mln. manat təşkil edib, bu da aylıq müqayisədə 7 mln. manat artım deməkdir.

Lakin öncəki ilin ilk yarısında nağdsız pulun çıxarılması 9 milyard 532 milyon manat olduğu halda, cari ildə bu 10 milyard 854 milyon manat manata yüksəlmişdir.

2021-ci ilin iyun ayında POS-terminallarla nağdsız ödənişlərin həcmi 327 milyon manat olmuşdur. Bu isə öncəki ayla müqayisədə 14 milyon manat artım deməkdir.

Nağdsız ödənişlərin həcmi ilin ilk yarısında isə 1 milyard 764 milyon manat olmuşdur. Bu isə öncəki ildə 951 milyon manat olmasını nəzərə alsaq bu illik müqayisədə 85% artım deməkdir.

Əlavə edək ki, hazırda POS-terminallarla ödənişlər üçün hökumət vətəndaşlar üçün bir neçə həvəsləndirici alətlərdən istifadə etməkdədir ki bu ödənişlər böyüsün. Bunlardan biri də innovativ layihə olan “ƏDV geri al” layihəsidir. Belə ki, nağdsız ödənişlərdə “cash back” ƏDV-nin 15% ilə hesablandığı halda, nağdda bu cəmi 10% ilə hesablanır.

E-ticarətlə olan ödənişlərin həcmi isə ilk yarımildə 2 milyard 292 milyon manat olmuşdur, bu da illik müqayisədə 36% artım deməkdir. Öncəki yazımızda e-ticarətlə ödənişlərlə bağlı artım xəbərini qeyd etmişdik.

Son xəbərlər
Digər xəbərlər