12 C
Baku
Monday, April 15, 2024

Problemli kreditlər son illərdə necə dəyişib?

Aydın məsələdir ki, 21 fevral tarixində Mərkəzi Bankın manatın devalvasiyası haqqında verdiyi qərar, vaxtı keçmiş kreditlərin artmasına təsir edən amillərdən biri oldu.  Təbii ki, vaxtı keçmiş kreditlər hər zaman aktual mövzulardan biri olub. Mərkəzi Bankın dolların bahalaşması haqqında qərarı vermədən əvvəl də, vaxtı keçmiş kreditlər artmada idi. Lakin verilmiş bu qərar problemli kreditlərin daha sürətli şəkildə artmasına təsir göstərdi. Artıq günü gündən problemli kreditlərin qarşısı alınmaz hala çevrilməsi gözləniləndir.

Mərkəzi Bankın statistikası artıq ölkədə geri qayıtmayan kreditlərin ümumi məbləğinin  1 milyardı keçdiyini göstərir.

Banker.az portalı olaraq ölkə banklarının kredit portfeli və vaxtı keçmiş kreditləri haqqında apadığımız təhlili diqqətinizə çatdırırıq. Hazırda vaxtı keçmiş kreditlər bankların ən vacib problemlərdən biridir. Belə ki, ilin ilk ayında vaxtı keçmiş kreditlər 1 030,9 mln manat təşkil edir ki, bu da son bir ildə problemli kreditlərdə 215.8 mln yəni 26.5% artım olması deməkdir.

2015- ci ilin son statistik açıqlamaları ölkədə kredit qoyuluşunun 18 579,8 mln manat təşkil edir. Vaxtı keçmiş kreditlərin ölkənin ümumi kredit portfelində payı 6 %-ə yaxındır.

Son 5 il ərzində vaxtı keçmiş kreditlər 538 mln manat mln manat artıb. Bu da son 5 ilə müqayisədə təxminən 2 dəfədən çox artım deməkdir. Hazırda sizə son 5 ildə vaxtı keçmiş kreditlər üzrə baş vermiş artımı diqqətinizə çatdırırıq.

Capture4

Ekspertlər fikrincə, vaxtı keçmiş və qaytarılmayan kreditlərin portfelində istehlak kreditləri üstünlük təşkil edir.  Vaxtı keçmiş kreditlər üzrə göstəricilərin azalması üçün ciddi qərarların verilməsinə baxmayaraq, bu göstərici sürətlə artmaqdadır.  Belə ki, problemli kreditlərin azalması üçün Mərkəzi Bank tərəfində ölkə banklarına kreditlərinin verilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Lakin bu məhdudiyyətlər problemli kreditlərə o qədər də təsir etdiyini deyə bilmərik.  Çünki ay ərzində vaxtı keçmiş kreditlər üzrə stabil artımlar bu seqmentdə heç bir dəyişikliyin olmamasının bariz nümunəsidir.

Artıq bu göz önündədir ki, əgər dollarla kredit götürən şəxslərin kredit faizləri aşağı endirilməzsə, o zaman vaxtı keçmiş kreditlərin sonu heç də parlaq olmayacaq.

Son xəbərlər
Digər xəbərlər