10 C
Baku
Thursday, December 12, 2024

Problemli kreditlər artmağa başladı – son beş ayda ilk

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2020-ci il ərzində ilk dəfə artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 1 sentyabr tarixinə olan statistik göstəricilərinə istinad edir.

Məlumata görə, hesabat dövrünə ölkədə vaxtı keçmiş kreditlərin həcmi 1 065.41 mln. manat (1.06 mlrd. ) manat olmuşdur. Bu isə öncəki ayla müqayisədə 0.3 faiz artım deməkdir.

Son 5 ay ərzində bu ilk dəfədir ki, artım dinamikası müşahidə edilib. Ümumilikdə ölkədə kredit qoyuluşunun həcmi 14 685.1 mln. manat olub ki, bu ilin əvvəlindəki göstərici ilə müqayisədə 5 faiz azalmadır.

45678

Son xəbərlər
Digər xəbərlər