12 C
Baku
Wednesday, December 11, 2024

Problemli kreditlər azaldı

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 31-nə 1 mlrd. 772,4 mln. manat təşkil edib ki, bu, iyulun 31-ə olan göstərici ilə müqayisədə 0,5% azalma deməkdir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin əvvəlinə nisbətən problemli kreditlər 9% artıb, ötən il sentyabrın 1-nə nisbətən isə 2,8% azalıb.

Son göstəricilərə görə, problemli kreditlərin ümumi kredit portfelində payı 14,4% təşkil edib. Bu nisbət iyulun sonuna 14,6%, ötən ilin sonuna 13,8%, ötən il avqustun sonuna isə 14,7% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər