1 C
Baku
Saturday, December 14, 2024

Problemli kreditlər BOKT “İnkişaf üçün Maliyyə”yə zərərdən yaxa qurtarmağa imkan vermədi

Böyük Britaniyanın “Oxfam” Təşkilatının Azərbaycandakı kredit biznesi 2020-ci ildə öncəki ildəki uğurlarını təkrarlaya bilmədi. İki il ardıcıl xalis mənfəət əldə edən Bank Olmayan Kredit Təşkilatı “İnkişaf üçün Maliyyə” MMC  (yaxud FinDev) 2020-ci il ərzində 106 min manatın üzərində zərər edib. Pandemiya BOKT maliyyə göstəricilərini (əsasən gəlir) xeyli zəiflədib.

Banker.az xəbər verir ki, bu barədə kredit təşkilatının 2020-ci il üzrə maliyyə hesabatına dair “Nexia EA” audit şirkətinin rəyində qeyd edilir.

Hesabata görə, “FinDev”in qeyd edilən maliyyə ilində əsas fəaliyyət istiqaməti – faiz gəlirlərinin həcmi 43% azalmaqla 1 761 min manata düşüb. Faiz gəlirlərinin azaldığı durumda isə faiz xərclərinin həcmi 74% artım dinamikası yaşayıb.

Öncəki ildəki 414 min manatlıq maliyyə öhdəliklərinin ləğvindən olan gəlirlər bu il təkrarlanmamış, inzibati xərclərinin həcmi 1 588 min manat olmuş (illik fərq: 2.5% az), 70 min manat haqq və komissiya xərci və 616 min manat isə digər qeyri-faiz gəlirləri təşkil etmişdir.

BOKT “İnkişaf üçün Maliyyə”nin 497 min manat əlavə olaraq kreditlər üzrə ehtiyatlara ayırması (öncəki ildə əksinə, 1 953 min geridönüş vardı) isə onu zərərdən (106 min manat) yaxa qurtarmağa imkan yaratmayıb. Öncəki ildə problemli kreditlər üzrə geridönüşlərin hesabına 3 340 min manat mənfəət əldə etmişdi.

Buna rəğmən, BOKT-un balansında 1 yanvar 2021-ci il tarixinə 4 466 min manatlıq bölüşdürülməmiş mənfəət qalmaqdadır. Əlavə olaraq, nəhayət nizamnamə kapitalını minimal tələbdən aşağı həddən (6.8 min manat) 300 min manata çatdırmışlar.

BORCLAR BÖYÜYÜR

6 filiala sahib olan BOKT-un aktivlərindəki artım dinamikası pozitiv görünsə də, kredit portfelində xeyli zəifləmə müşahidə edilir. BOKT “İnkişaf üçün Maliyyə” aktivlərini son bir ildə 8 951 min manatdan 9 786 min manata qədər böyütsə də, kredit portfeli 9% neqativ dinamika yaşayıb. Kredit portfelinin 5 218 min manatı istehlaka və digərləri isə biznesə verilən kreditlər təşkil edib. Xalis kredit portfelinin həcmi isə son ildə 5 076 min manatdan 4 631 min manata qədər geriləmə yaşayıb.

Aktivlərində böyümənin əsas səbəbkarı isə əlindəki nağd pul və onların ekvivalentlərinin 2 423 min manatdan 3 819 min manata qədər yüksəlməsidir.

1 020 min əlavə bloklanmış pul vəsaitləri də qalmaqdır. Bu isə 2019-cu ildə “PAŞA Bank” ASC-dən borc vəsaitlərinin qarşılığında girov qoyulmuş pul vəsaitləridir. İlin onuna həmin vəsaitlərin həcmi 600 min ABŞ dolları təşkil etmişdir.

BOKT 2020-ci ildə yenidən borca girməklə, həmin vəsaitlərin həcmini 4 145 min manata (öncəki il: 3 199 min manat) çatdırmışdır. Bu borcların böyük hissəsi 8 faiz illik ödənişlə “PAŞA Bank” ASC-dən cəlb edilmiş kreditlərdir.

wq432 t7654

Son xəbərlər
Digər xəbərlər