1 aprel 2015-ci il tarixində ölkədə kredit qoyuluşu azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, I rübün nəticələrinə əsasən hazırda kredit qoyuluşu 20 632,3 mln manat təşkil edib ki, bu da son bir ay ilə müqayisədə 64.9 mln manat azalma deməkdir.
Kredit qoyuluşunda azalma olmasına baxmayaraq, ölkənin problemli kreditləri çoxalıb.
Belə ki, qeyd olunan tarix üzrə vaxtı keçmiş kreditlər isə 1 213,3 mln manat təşkil edib. Problemli kreditlər ötən ay ilə müqayisədə 75.1 mln manat və ya 6.5% , ilin əvvəlindən isə 237 mln manat, yəni 24% artıb.
Ümumi kredit portfelində problemli kreditlərin xüsusi çəkisi isə 5.8%-ə yüksəlib.