“AS PROF” sığorta agentliyinin rəhbərliyinə yeni təyinat olub. Ənvər Firudin oğlu Mursakulov sığorta agentliyinin direktor müavini təyin edilib.
Bu barədə agentliyin direktoru Cahid Qurbanov məlumat verib. O oktyabt ayının 23-dən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Ə.Mursakulov 2016-cı ilin iyun ayına kimi “Şəbəkə” sığorta brokerinin direktoru olub, daha sonra isə ləğv edilən “Beynəlxalq sığorta” şirkətinin biznesin inkişafı departamentinin rəhbəri vəzifəsində çalışıb.