22 C
Baku
Friday, April 26, 2024

Proqnoz: 2019-cu ildə Brent markalı neftin qiyməti $70 ətrafında olacaq

Dünyanın ən iri bankları gələn il neft qiymətlərində yüksəliş gözlədiklərini bildiriblər. Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Analitiklərin fikrincə, 2019-cu ildə Brent neftinin qiyməti bir barel üçün orta hesabla $70 təşkil edəcək.

WTI qiyməti isə $61,13 kimi proqnozlaşdırılıb.

Analitiklərin fikrincə, dünya neft bazarında təklif azalacaq, çünki qlobal artım güclü olaraq qalmaqdadır, OPEK-in təchizatı azalır, Venesuela və İranda isə istehsal itkiləri artır.

RBC Capital Markets LLC-in əmtəə strategiyası üzrə rəhbəri Maykl Tran bildirib ki, “qlobal tələbat və təklif gələn il tarazlığa çatmalıdır”.

Çox ciddi iqtisadi böhran olmadığı təqdirdə, analitiklərin əksəriyyətinin fikrincə, qlobal neft istehlakı son illərdə Çin kimi inkişaf etməkdə olan ölkələrin hesabına eyni templə artmağa davam edəcəkdir.

Morgan Stanley və Standard Chartered Plc kimi bankların ən optimist proqnozlarına görə,  Brent-in bir barel üçün orta qiyməti $78 təşkil edəcək.

Araşdırmada 24 analitik iştirak etmişdir. Qiymətlərin çeşidi geniş idi, proqnozlar arasındakı fərq $20 çatmışdır.

Fevral ayında NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelə görə qiyməti 1.03% artaraq $45.07 təşkil edib.

Dekabr ayının əvvəlində OPEK və Rusiyanı da daxil olmaqla digər neft istehsalçıları yanvar ayından etibarən neft hasilatını gündə 1,2 milyon barelə qədər azaldılması üzrə razılığa gəliblər.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Enerji naziri Suhayl Əl-Məzrui bildirib ki, OPEK və onun müttəfiqləri bu məsələ ilə bağlı yeni görüş keçirməyə hazırdırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər