12 C
Baku
Tuesday, May 7, 2024

Publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənəcək

Publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihənin 6.1-ci maddəsi ilə dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirilib. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət orqanı ilə yanaşı publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur. Hal-hazırda, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Sözügedən təklif həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər