23 C
Baku
Friday, April 26, 2024

Pul lazımdır? Soyun! — Çində kredit belə verilir

Çində kredit əməliyyatlarında vasitəçi rolunu oynayan internet portallarından biri qadın borcalanlardan zəmanət qismində onların geyimsiz şəkillərini tələb edir. Almaniyanın Der Spiegel jurnalı Global Times qəzetinə istinadən xəbər verib ki, zəmanət qismində qəbul edilən bu şəkillər lazımi qaydada qorunmayıb.

Qəzetin verdiyi məlumata görə, keçən həftə internetdə kredit əldə etmək üçün əllərində şəxsiyyət vəsiqələrini tutmuş və soyunmuş halda olan 167 gənc çinlinin video və şəkilləri yayıldı.

Jiedaibao portalı 2015-ci ildən fəaliyyət göstərir və hansı faiz dərəcələri ilə kredit verməyi kreditorlar özləri təyin edir. Global Times-ın məlumatlarına əsasən, bəzən faiz dərəcəsi həftəlik 30% təşkil edir. Portal kreditorların anonimliyini saxlayır. Kredit əldə etmək istəyən şəxslər isə öz növbəsində öz şəxsiyyətlərini təsdiq etməlidirlər.

Portal gənc qadınlardan onların lüt şəkillərini tələb edir və borc geri qaytarılmadıqda həmin şəkilləri gənc qadının dostlarına və qohumlarına göndərmək ilə hədələyir. Qadınların şəkilləri internetdə yayıldıqdan sonra Jiedaibao portalı baş verənlərə görə hər hansı məsuliyyət daşımaqdan imtina edib.

Der Spiegel nəşri həmçinin qeyd edir ki, ümumilikdə Çində fiziki şəxslər ilə müqavilələr üçün nəzərdə tutulmuş bu formada 2,6 min online platforma fəaliyyət göstərir. Onların gəlirləri 140 milyard avro həcmində qiymətləndirilir. Avqust ayında Çin rəhbərliyi 1 şəxsin əldə edə biləcəyi maksimum kredit limitini 1 milyon yuan səviyyəsində təyin etdi ki, bu da təqribən 135 min avro edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər