20 C
Baku
Thursday, May 2, 2024

Pul tələsi

Bir qəsəbədə yaşlı bir kişi yaşayırdı. Axşamlar bir qrup uşaq onun evinin ətrafına toplaşaraq oynamağa başlayır. Onların oyunu daim böyük səs-küy yaradırdı. Bu yaşlı kişinin heç xoşuna gəlmirdi və bu vəziyyətdən çıxış yolu axtarırdı. Bir dəfə o uşaqları yanına çağırır. Yaşlı kişi uşaqları ətrafına toplayaraq deyir ki, uşaq səsləri mənim çox xoşuma gəlir. Buna görə də sabah da gəlib burada oynayın və hər birinizə 50 sent verəcəm. Bunu eşidən uşaqlar səhəri gün böyük sevinclə buraya gəlir və həvəslə oynamağa, səs-küy salmağa başlayırlar. 

Yaşlı kişi uşaqlara söz verdiyi pulu verir və sabah da eyni qaydada buraya gəlib oynamalarını deyir. Lakin növbəti gün uşaqlar söz verilən kimi 50 sent deyil, 25 sent alırlar. Üçüncü gün isə o uşaqların hərəsinə 15 sent verir və bildirir ki, onun artıq pulu qurtarıb.

O üzgün şəkildə uşaqlara deyir:

-Mənim artıq pulum qurtarıb. Sabah buraya gəlib mənim üçün 10 sentə oynayarsınızmı?

Həddindən artıq kefləri pozulmuş uşaqlar isə bildirdilər ki, ümumiyyətlə bir daha buraya gəlməyəcəklər. Heç kim 10 sentə görə özünü yormaq fikrində deyildi.

Beləliklə ağsaqqal onu narahat edən problemdən bir dəfəlik xilas oldu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər