Reklam sənayesi ən lazımsız məhsulu belə bizə arzulanan və vazkeçilməz kimi təqdim edə bilər. Siz isə mümkün olan ilk andaca ona pul xərcləməyə hazırsınız.
Sözsüz ki, elə məhsul və əşyalar var ki, həyat üçün mütləqdir. Lakin alış-verişinə diqqət yetirsəniz onun əksər hissəsinin sadəcə “istəyirəm”-dən ibarət olduğunu görəcəksiniz.
Əlbəttə ki, biz gələcəkdə də istədiyimiz və ürəyimizdən keçən lazımsız əşyaları almağa davam edəcəyik. Lakin siyahınızda kiçicik də olsa dəyişiklik etməzdinizmi? Bu məqalədə biz sizə Banker.az saytı olaraq imtina etdiyiniz halda mənəvi və fiziki zərər görməyəcəyiniz, bir çox hallarda lazımsız olan məhsullara nümunə gətirəcəyik:
Kosmetika
Gözəllik sənayesi müştərilərə “must have” ideyasını təlqin etməsəydi və istənilən kiçik məhsulu dəyərindən qat-qat baha satmasaydı necə “sağ qalmağı” bacarardı?!
Təraşdan sonrası üçün gel
Prinsipcə bu vasitənin bütün funksiyalarını adi su vasitəsilə də əldə etmək mümkündür. Sərin su dərini sakitləşdirəcək və köpüyü aradan qaldıracaq.
Yumaq tələb olunmayan saç spreyi
Bir çox belə məhsulların üzərində eyni sözlərə rast gəlmək mümkündür: saçlarınızı yumşaq, daha parlaq və möhkəm edəcək. Lakin sözügedən bu məhsulları bir neçə dəfə istifadə etdikdən sonra bütün bunların tam əksi ilə də qarşılaşa biləcəyinizi unutmayın. Bundan sonra isə saçlarınızın tökülməsinə qarşı sprey axtarmağa başlayacaqsınız.
Sellülit əleyhinə krem
Bir sözlə, boşa pul israf edirsiniz.
Dietik qida
Bir çoxları sırf dəbdədir deyə dieta ilə maraqlanır və dietik qidalara ağlasığmaz məbləğlər ödəyir. Axı dəbdə olmaq özü dəbdədir…
Ev trenajorları
Evdə istifadə edilən trenajorlar öz formaları və funksiyaları ilə bir çoxlarını heyran qoyur. Lakin cəlbedici reklamlara aldanaraq ev trenajorları alan şəxslərin əksəriyyəti artıq onu necə sərfəli şəkildə satmaq barədə düşünürlər.
Gümüş əşyaları təmizləmək üçün vasitə
Gümüş əşyaları təmizləmək üçün ən yaxşı vasitə diş məcunu tozudur. Etməli olduğunuz tək şey nəm dəsmala bir qədər toz tökmək və onunla gümüş əşyanı silməkdir.
Mətbəx üçün kağız dəsmal
Müəyyən baxımdan rahatlıq yaradan əşyadır, lakin rahatlığı ilə yanaşı bir o qədər də xərc tələb edir. Adi mətbəx dəsmallarının yuyularaq istifadə edilməsi ailə büdcəsi üçün daha ucuz başa gəlir.
Comments are closed.