Kim istəməz ki, onun arzuları möcüzəvi şəkildə yerinə yetsin? Bəs kimsə heç vaxt maliyyə çətinliyi çəkməmək və işləmək haqqında düşünməmək üçün yaxşı bir xəzinə tapmaq istəməzdi? Kim uğura hər hansı bir formada təsir göstərmək və onu öz tərəfinə çəkməz istəməz ki? Məncə, heç bir tərəddüdsüz demək olar ki hamı, hətta ən qatı materialist belə nə vaxtsa bir dənə də olsa, ürəyində nənəsinin nə vaxtsa dediyi hansısa inanca ümid bəsləyib və ya ovucu qaşınanda əlinə pul gələcəyi ürəyindən keçib.
Bəs insanlar ən çox nə istəyir və ilahi qüvvələrdən ən çox nəyi xahiş edirlər? Bunu hazırda olduqca populyar olan ekstrasenslərdən və ya «magik xidmətlər» sahəsinin nümayəndələrindən soruşmaq olar: cavab çox güman ki, eyni olacaq: bir az ruzi və ya başqa sözlə maddi rifah. Belə alınıb ki, müasir insanın beyni şüuru pulu uğur, xoşbəxtlik, məqsədyönlülük və yaşam müdrikliyi göstəricisi kimi qəbul edir. Bunun yaxşı və ya pis olmasını biz mühakimə edə bilmərik: biz sadəcə iqtisadi qaydalara uyğun hərəkət edəcəyik: əgər tələb varsa, orda təklif də olacaq.
Mövhumat günah deyil, sadəcə ehtiyatlılıqdı
Pulların cəlb edilməsinə istiqamətlənmiş mümkün manipulyasiya və ritualların (ayinlərin) kökü hələ antik dövrdə, maliyyə münasibətlərinin inkişafı səviyyəsinə uyğun olaraq yaranmışdı. Qədim zamanlarda var-dövlət, torpaq sahələrinin miqdarı, mal-qaranın və ovlanmış şikarların sayı ilə ölçülürdü. Daha sonra isə var-dövləti daha konkret anlayışlar, bəzən isə təbiət təzahürləri simvolizə etməyə başladı. Məsələn günəş əksər hallarda qızıl ilə assosiasiya olunurdu, eyni zamanda isə ay –gümüş ilə müqayisə olunurdu.
Şərqdə indi belə hesab edirlər ki, pul cəlb edilməsi üçün evin mərkəzi otağında içində balıqlar üzən balaca bir akvarium və ya axar suyun olduğu xırda bir fəvvarə qoymaq evi ruzili etmək üçün olduqca faydalıdır (hətta o elektrik ilə işləsə də). Belə bir əlamət fen-şuy nəzəriyyəsində də özünü doğruldur, belə ki, o evin sakinlərinə rahatlıq və ahəngdarlıq gətirir, həmçinin onları əmin-amanlıq hissi ilə doldurur, ənənəvi qərb simpatik magiyasında da məsələ eyni cür dayanır: suyun şırıltısı və parlaqlığı qəpiklərin cingiltisi ilə assosiasiya olunur. Balıqların işıldayan pulları isə qızılın parıltısını xatırladır. Yeri gəlmişkən balıq təsviri və ya fiquru özlüyündə pul gətirən həmail kimi istifadə olunur. Eyni məqsədlərlə qurbağa fiqurlarının istifadə edilməsində də tez-tez rast gəlinir.
Pravoslav xristianlar da həmçinin qədimdə pul cəzb etmək üçün bütpərəst ayinlərdən istifadə etməyi özlərinə heç də ayıb bilmirdi. Məsələn, bəzi rus kəndlərində pasxa bayramının qeyd olunduğu günlərdə ikonaların arxa tərəfində rənglənmiş yumurta, şam və xırda pul qoyulurdu ki, bu il heç bir zərərsiz, qada-balasız ötüşsün və ruzi-bərəkətli olsun. Qədimdə əcdadlarımız həmçinin xırda pulları evin girəcəyində və ya evi tikərkən, yəni tikintiyə təzə başlayanda onun təməlində gizlədirlər, insanlar inanırdı ki, belə olsa evdəki həyat daha varlı olacaq. Demək olar ki, dünyanın hər yerində yeni evlənənlərin başının üstünə buğda və ya xırda qəpiklər səpirlər ki, onlar varlı olsun, həm də nəsilləri davam etsin.
Əksər hallarda bizim nənələrimiz evdəki gəlir-çıxarları ayın fazaları ilə əlaqələndirirdi. Qədim xalq inancına əsasən, hər dəfə ay bədirlənəndə (ay bütöv halda olanda) tamamı ilə boş pul qabına pəncərə tərəfə elə qoyma lazımdır ki, onun üzərinə ay işığı düşsün. Ayın bədir olduğu hər üç gecə belə etmək məsləhət görülür. Təzə ay doğanda isə (ayın hilal çağı), əksinə, pəncərəyə içində pul olan pulqabı qoymaq gərəkdir. Daha bir oxşar adət də vardır –təzə doğulmuş, cavan aya pul kupyuralarını göstərmək və belə demək lazımdır : «Əziz dostum ay, mənə pulundan ver pay!».
Pulqabından yerə tökülmüş pulları yalnız sağ əl ilə yığmaq tövsiyə olunur. Özü heç olmasa mütləq bir qəpiyi saxlamaq lazımdır. Bu vaxt belə söyləmək də olar: biri sənin qalanı mənim. Amma digər hallarda, əməkhaqqını alarkən və ya pul köçürməsini qəbul edərkən pulu sol əllə götürmək məsləhətlidir. Həmçinin də nənələrimiz deyərdi ki, pulu əldən ələ ötürmək, kiminsə bir başa əlinə vermək yaxşı deyil, yaxşı olar ki, onu stolun üstünə qoyasınız(amma diqqət yetirin ki, bu nahar stolu olmasın).
Bundan əlavə pul cəzb etmək üçün geyimin bütün ciblərinə bir az qəpik tökmək, arada bir onlara toxunub, onları silkələmək məsləhət görülür. Barmaqlarınızı onlara toxundurub bu kəlmələri deyə bilərsiniz: su sahilə gəlir, pul da pula! Bu pulları yalnız paltarı yuyanda cibdən çıxarmaq olar, onları xərcləmək yaxşı deyil.
Başqasının pul uğurunu da qəbul etməyə cəhd etmək olar. Bundan ötrü həmin varlı insanın evinə gəlmək, onun evindəki bitkidən bir şax və ya körpəcə budaq qıraraq, “Sən (kimə isə) var dövlət gətirmisən, indi mənə var-dövlət gətir!” sözlərini demək lazımdır. Evdə həmin bitkini əkmək və onun yaxşı böyüyüb-inkişaf etməsinə diqqət yetirmək tələb olunur.
Yeni pulqabıya pul qoymaq və 7 gün ərzində onu xərcləməyə çalışmaq lazımdır. Yeni ildə isə saat 12 vurmazdan qabaq boşqabın altına nominal qiyməti böyük qəpik qoymaq yaxşıdır – kim ki, məhz həmin stulda əyləşdi, o boşqabda yemək yedi, bütün il boyu onun əlinə yaxşı pul gələcək. Yuxuda tarakan, birə, siçan görmək pul əlaməti sayılır. Əgər sol əlinizin ovucu qaşınırsa, sizə mütləq gəlir və ya gözlənilməz pul gələcək.
Beləliklə bütün dünyada inanılmaz qədər pul inancları və əlamətləri mövcuddur. Belə geniş həcmdə informasiya massivini əhatə etmək əlbəttə ki mümkün iş deyil, buna xüsusi bir ehtiyac da görmürük. İki və ya üç sınanılmış üsulu bilmək kifayət edir, əgər onlar həqiqətən özlərini doğruldursa işləriniz yağ kimi gedəcək. Onda möhtəşəm maliyyə təklifləri də sizin üzərinizə səpiləcək. Arada bir mövcud əlamətlərdən heç olmasa bir neçəsini xatırlayaq, bəlkə kimsə bu uğur quşunu yaxalaya bildi. İstənilən halda qədim adət-ənənələrə riayət etmək heç vaxt insana mane olmur.
Bir də xatırlamaq lazımdır ki, bəzi əlamətlər daha yaxın müddətdə yaranıblar və onlar müasir həyat gerçəklikləri ilə bağlıdır. Onların bəziləri isə hətta bir az ekssentrik təsir bağışlaya bilər. Məsələn, pul cəlb edilməsi üzrə bilicilər söyləyir ki, istəyirsiniz ki əlinizə pul gəlsin onda qatarın hərəkət etdiyi körpünü keçmək (maşınla və ya piyada) lazımdır, bu zaman başınızı üzərinə qəpik qoyaraq, keçdiyiniz vaxt ərzində onu başınız üstündə saxlamalısınız. Daha böyük effekt olsun deyə möhkəmdən əl çala bilərsiniz.