Cibinizdə, pul qabınızda, bank hesabınızda, yastıq altında olan pullarınız zamanla ya aktiv, ya passivə çevrilir. Bunu hər dəfə, gediş haqqı ödədikdə, paltar və ərzaq aldıqda, düşünülməmiş alış-veriş edilmədikdə, biznesə pul yatırdıqda, daşınmaz əmlak aldıqda edirsiniz.
Passivlər haqqında bundan əvvəlki məqalədə məlumat vermişdik. İndi isə aktivlər ilə tanış olaq:
Aktivlər – pulqabınızı tərk etdikdən sonra sizə gəlir gətirən pullarınızdır. Bu gəlir sabit, çox dəfəli və bir dəfəli ola bilər. Ən gəlirli aktivlər sırasında yer alan torpaq və daşınmaz əmlakdır. Bu daimi resursdur və yatırılmış pulların itirilmə ehtimalı yoxdur. Bu aktiv sizin daimi iştirakınızı belə tələb etmir.
Növbəti gəlirli aktiv sizin yaradıcılıq və yaxud əqli işinizin nəticəsidir. Bu kitab, musiqi əsəri, hər hansı bir ixtira, rəsm və s. ola bilər. Bu aktiv bir dəfə yaradılır və bir neçə il ərzində gəlir gətirir.
Digər bir aktiv növü isə biznes olaraq adlandırılan fərdi fəaliyyətin adi növləridir. Bunlar sizin birbaşa iştirakınızı tələb edəcək.
Beləliklə, vacib olan yuxarıda sadalanan aktivlərdən hər hansı birinə sahib olmaqdır. Bu öz növbəsində, əlinizdə olan aktivlərdən istifadə etməklə digər aktiv variantlarından da istifadə etmək şansı əldə etmənizə kömək edəcək.