Gəlirlərin bütün xərcləri ödədiyi və əldə sərbəst pul vəsaitlərinin qaldığı zaman belə bir sual ortaya çıxır – yaranmış “qalıqlarla” nə etmək olar? Bu pulların “işləməsi” və gəlir gətirməsi üçün bir sıra variantlar mövcuddur. Məqalədə məhz bundan bəhs olunacaq.
Pulların yatırılması – ümumi məsləhətlər
Pul yatırarkən yadda saxlamaq lazımdır ki, yalnız bütün xərclər ödənildikdən sonra yerdə qalan sərbəst pul vəsaitləri investisiya edilməlidir. Çox risk etmək lazım deyil, çünki uğursuzluğa düçar olduqda hər şeyi itirmək heç də yaxşı olmayacaq, hələ üstəlik ödənilməmiş borcların yaranması ciddi problemlərə səbəb ola bilər.
Vəsaitləri yatırarkən mütəxəssislərin fikrini almaqdan çəkinməyin, lakin internetdəki çoxsaylı rəylərlə maraqlanıb özünüzü çox yormayın. Professional fikirlərə və obyektiv şəraitə əsaslanaraq, hər şeyi çox yaxşı ölçüb-biçmək lazımdır.
Ən sonda isə klassik məsləhət: “bütün yumurtaları bir səbətə qoymayın”. Çox yaxşı olardı ki, bir neçə sahəyə yatırım edəsiniz, bu sizə hər hansı bir layihənin zərərindən sığortalanmağa kömək edəcək.
Pulların passiv yatırımı
Bu nədir? Bu, sərbəst pul vəsaitlərinə qızıl, brilyant kimi zərgərlik əşyalarının və daşınmaz əmlakın alınmasıdır. Bu, vəsaitinizi inflyasiyadan və digər bazar sarsıntılarından qorumağa imkan verəcək. Lakin sizin vəsaitiniz heç bir gəlir gətirməyərək əldə olunmuş dəyərli əşyaların timsalında passiv kimi qalacaq. Əgər bu sizə uyğun deyilsə, məqalənin növbəti bölümü ilə tanış olun.
Pulları “işləməyə” necə məcbur etmək olar?
Burada əlavə gəlir əldə edə biləcəyiniz bir neçə investisiyalaşma üsulundan danışacayıq.
Ən sadə üsullardan biri daşınmaz əmlakın sonradan kirayə vermək üçün alınmasıdır. Bu zaman siz kirayə haqqı alacaqsınız ki, bu da sizin əlavə gəliriniz olacaq. Digər bir variant – banka əmanət qoymaqdır. Yaxşı olar ki, kapital itkisinin qarşısını almaq üçün bir neçə banka qoyasınız. Bu zaman siz faizlərdən gəlir əldə edəcəksiniz.
Daha bir üsul – səhm, istiqraz və digər qiymətli kağızları əldə edilməsi yolu ilə portfelin formalaşdırılmasıdır. Mütəxəssislər tövsiyə edirlər ki, uğursuzluğa uğramaq riskini aşağı salmaq üçün müxtəlif qiymətli kağızlara yatırım etmək lazımdır. Qiymətli kağızlardan maksimum gəlir əldə etmək üçün səhmləri vaxtında alıb-sataraq portfeli ağılla idarə etmək lazımdır.
Digər bir üsul – hazır layihələrə investisiya etməkdir. Çox vaxt ideya sahibinin vəsaiti olmadığına görə, hər hansı biznes ideyasının həyata keçirilməsi üçün pul vəsaitinə ehtiyac yaranır. Xaricdən cəlb olunmuş pul vəsaitinə tələbat yaranır. Yeni işə yatırım edərək, gələcəkdə faizlərdən çox yaxşı gəlir qazana bilər və hətta yeni şirkətin yaradıcılarından biri ola bilərsiniz.
Əgər siz şirkət sahibinisinizsə, öz şirkətinizi də yaddan çıxarmayın. Yəqin ki, satış bazarını və istehsal olunan məhsulun tərkibini genişləndirmək haqda fikiləşmək lazımdır. Ola bilər ki, sizin bəzi potensial alıcılarınızın heç sizdən xəbəri belə yoxdur. Mütəxəssislər tövsiyə edirlər ki, biznesinizin stabil və daimi inkişafını təmin etmək üçün gəlirlərinizin ən azı 20%-i reklama yatırın.
Əslində isə pul yatırımı üsulları o qədər də az deyil. Burada ən əsası – təhlükəsizliyə riayət etmək və professionalların məsləhətlərinə fikir verməkdir. Hər bir sahibkar çox yaxşı başa düşür ki, sərbəst pul vəsaitləri isə işlək olmalıdır. Onları öz lehinizə işləməyə məcbur etmək və əlavə gəlir əldə etmək – sizin öz əlinizdədir!