27 C
Baku
Saturday, July 27, 2024

Pulsuz Wi-Fi ilə təmin edən aviaşirkətlər hansılardır?

Turistik axtarış saytı Kayak.ru mütəxəssisləri təyyarələrin göyərtələrində sərnişinləri pulsuz Wi-Fi ilə təmin edən aviaşirkətləri təyin etmişlər.

Siyahıya sözügedən xidməti müəyyən şərtlər daxilində təklif edən 3 aviaşirkət daxil olub. Məsələn, Emirates təyyarələrinin göyərtələrində sərnişinlər 10 mb pulsuz trafikdən istifadə edə bilər.

Turkish Airlines aviaşirkətinin biznes sinfində uçan sərnişinlər də həmçinin ödənişsiz internetdən yararlana bilər. Scandinavian Airlines System (SAS) –də isə EuroBonus müştəri təşviqatı proqramının iştirakçıları pulsuz Wi-Fi-dan istifadə etmək haqqlarına sahibdirlər. Bundan əlavə, Norveçin Norwegian Air Shuttle şirkəti Avropa üzrə əksər reyslərində pulsuz internet təklif edir.

Son xəbərlər
Digər xəbərlər