Rusiya prezidenti Vladimir Putin gələn həftə Çinə səfər edəcək.
Bu barədə onun köməkçisi Yuri Uşakov bildirib.
Uşakov bildirib ki, Putin oktyabrın 12-də Qırğızıstana rəsmi səfər edəcək, həmçinin oktyabrın 13-də MDB-nin Bişkekdə keçiriləcək sammitində iştirak edəcək.
Xatırladaq ki, bu ilin mart ayında Çinin lideri Si Cinpin Rusiya Federasiyasının prezidenti ilə qeyri-rəsmi görüşü zamanı onu Pekinə səfərə dəvət etdiyini açıqlayıb.