12 C
Baku
Monday, April 15, 2024

Putin deyir ki, Rusiya Ukrayna böhranını dinc yolla həll etmək üçün əlindən gələni edib

Xüsusi əməliyyat Rusiya Federasiyasının müdafiəsi və nasist təhlükəsini aradan qaldırmaq üçün başlayıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

O, Rusiyanın addım-addım qarşısında duran vəzifələri ardıcıl şəkildə həll edəcəyinə əmin olduğunu söyləyib.

Putin deyib ki, Rusiya Ukrayna böhranını dinc yolla həll etmək üçün əlindən gələni edib: “Lakin Rusiyanın arxasından tamamilə fərqli ssenari hazırlanıb”.

Rusiya Prezidenti Ukrayna münaqişəsi ilə bağlı aparılan Minsk razılaşmaları ilə bağlı da danışıb. Onun sözlərinə görə, Qərbin Donbasda sülh arzusu ilə bağlı verdiyi vədlər qəddar saxtakarlığa və yalana çevrilib. Putin Qərb ölkələrini fırıldaqçılıqla məşğul olmaqda ittiham edib.

Putin deyib ki, Kiyev nüvə silahı əldə etməyə cəhd edib.

“Kiyev və Qərb arasında hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və digər texnikanın tədarükü ilə bağlı danışıqlar hələ xüsusi əməliyyat başlamazdan əvvəl aparılıb. Ukrayna Qərbin əsarətindədir, onu böyük müharibəyə hazırlayıblar” , deyə Rusiya Prezidenti vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər