10 C
Baku
Wednesday, December 11, 2024

Putin ilə Emoməli Rəhmon bu tarixdə Moskvada görüşəcək

Rusiya və Tacikistan prezidentlərinin görüşü noyabrın 21-də Moskvada keçiriləcək.

Görüşdə ticarət-iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivlərinin, strateji tərəfdaşlığın digər əsas aspektlərinin müzakirəsi, habelə aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Nəticədə bir sıra mühüm ikitərəfli sənədlər imzalanacaq. Dövlət başçıları da mətbuata bəyanatlarla çıxış edəcəklər.

Bundan əlavə, sabah Vladimir Putin Fələstin-İsrail münaqişəsini müzakirə etmək üçün videokonfrans vasitəsilə BRİKS-in fövqəladə sammitində iştirak edəcək.

Son xəbərlər
Digər xəbərlər