20 C
Baku
Sunday, May 5, 2024

Putin və Si Cinpin Pekində danışıqlara başlayıb

Pekində Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında danışıqlar başlayıb. Görüş “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində keçirilir.

Putin qeyd edir ki, Moskva və Pekin artıq 200 milyard dollarlıq ticarət həcminə çatıb: “İldən-ilə baxsanız, dünən axşam biz bunu təhlil etdik – 200 milyard artıq var”, – Rusiya prezidenti bildirib.

Cənab Si 2013-cü ildən bəri Rusiya lideri ilə 42 görüş keçirildiyini və möhkəm şəxsi dostluq münasibətlərinin qurulduğunu söyləyib. “Siyasi qarşılıqlı etimad durmadan dərinləşir, sıx və səmərəli strateji qarşılıqlı fəaliyyət qorunur”, – Çin lideri bildirib.

Vladimir Putin dünən, oktyabrın 17-də Si Cinpinin dəvəti ilə Çinə gəlib. Bu gün Rusiya Federasiyasının Prezidenti “Bir kəmər, bir yol” forumunda çıxış edib. Onun sözlərinə görə, Rusiya və Çin dünyada bərabərhüquqlu əməkdaşlığa can atırlar, həmçinin “hər bir dövlətin öz inkişaf modelinə olan hüquqlarına” hörmət edirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər