9 C
Baku
Friday, December 13, 2024

Putin KTMT-nin işində problemlər olduğunu etiraf edib

Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində problemlər var, lakin təşkilat üzv ölkələrin suverenliyinin qorunmasına kömək edir.

Bu barədə Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində çıxışında bildirib.

“Əlbəttə, biz təkcə nailiyyətləri deyil, həm də problemləri görürük”, – deyə Putin vurğulayıb. O, bu problemlərə artıq görüş iştirakçıları tərəfindən toxunulduğuna diqqət çəkib: “Bu gün biz danışacağıq, düşünürəm ki, heç bir kamera olmadan bu barədə daha ətraflı danışacağıq. Ancaq yenə də bizə aydındır ki, KTMT çərçivəsində birgə iş görünən praktik nəticələr verir, ölkələrimizin milli maraqlarının, suverenliyinin və müstəqilliyinin qorunmasına kömək edir”.

Putin həmçinin hesab edir ki, 2022-ci ildə KTMT-yə üzv ölkələrin birgə işinin dinamikası artıb.

Son xəbərlər
Digər xəbərlər