25 C
Baku
Monday, April 29, 2024

Putin Lukaşenko ilə danışıqlar aparacaq

Rusiya prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Belarus Rusiyanın ən yaxın müttəfiqidir və iki dövlətin başçıları müntəzəm olaraq ünsiyyət qururlar.

Belə söhbətlərdə “saatların sinxronlaşdırılması, koordinasiya, fikir mübadiləsi” baş verir.

Bu, iki lider arasında bu il yeddinci görüş olacaq. Əvvəlki altılıq da Rusiyada baş tutub. Bundan başqa, dövlət başçıları mütəmadi olaraq bir-birinə zəng edir, sonuncu telefon danışığı avqustun 30-da baş tutub – o zaman Putin şəxsən Lukaşenkonu ad günü münasibətilə təbrik edib.

Lukaşenko ilə Putin arasında əvvəlki danışıqlar iyulun 23-də Sankt-Peterburqda baş tutub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər